Bakı. Trend:
Banqladeş Dəkkədə Azərbaycanın diplomatik missiyasını qəbuletməyə hazır olduğunu açıqlayıb.
Trend xəbər verirki, bu məsələ Azərbaycanın Xarici İşlər Nazirinin müavini ElnurMəmmədovun Banqladeş Xarici İşlər Naziri Caşim Uddinlə keçirdiyigörüşdə müzakirə olunub.
Dəkkədə keçirilən ikitərəfli müşavirələrin ikinci raunduçərçivəsində danışıqlar aparılıb. Tərəflər ikitərəflimünasibətlərin bütün spektrini müzakirə edib, siyasi, iqtisadi,mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasındanməmnunluq ifadə ediblər.
Banqladeşin xarici işlər naziri bir daha AzərbaycanınBanqladeşdə səfirliyinin açılmasının vacibliyini vurğulayıb vəBanqladeş vətəndaşlarının Azərbaycana səfərləri zamanıqarşılaşdıqları viza çətinliklərinə davamlı həll yollarınıntapılmasına çağırıb.
Müzakirə olunan əsas mövzular sırasında ticarət vəinvestisiyalar, enerji, təhsil, mədəni mübadilələr, eləcə də,regional və beynəlxalq formatlarda əməkdaşlıq yer alıb.