Bakı. Trend:
Cari ilin birinci rübündə qeyri-rezident maliyyə institutlarınınemissiya etdiyi “MasterCard” ödəniş kartları vasitəsiləəməliyyatların sayı 289,2 min ədəd, əməliyyatların həcmi isə 30milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu“MasterCard” kartları ilə əməliyyatların sayı 24,9 min ədəd və ya7,9%, əməliyyatların həcmi isə 4,5 milyon manat, yaxud da 13%azalıb.
Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda qeyri-rezidentmaliyyə institutlarının emissiya etdiyi “MasterCard” ödənişkartları vasitəsilə əməliyyatların sayı 314,1 min ədəd,əməliyyatların həcmi isə 34,5 milyon manat idi.
Qeyd edək ki, cari ili birinci rübündə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsiləəməliyyatların sayı 900,1 min ədəd, əməliyyatların həcmi isə 86,5milyon manat olub.
Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarınınemissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan(yəni xarici) maliyyə qurumları tərəfindən buraxılmış (emissiyaolunmuş) bank kartlarıdır. Qeyri-rezident ölkədə daimi qeydiyyatdaolmayan və ya xaricdə yerləşən hüquqi yaxud da fiziki şəxsdir.