AZ

Rusiyada terror aktına bomba hazırlayan zaman partlayış BAŞ VERDİ – VİDEO

Rusiyada terror aktı hazırlayan şəxslər bomba yığan zaman partlayış baş verib və iki mənzil dağılıb.

Ukrayna vətəndaşı və Belarus vətəndaşı Kiyevin göstərişi ilə Xantı-Mansiyskdə rus hərbçisinə qarşı terror aktı hazırlayırmış. Bu barədə FSB məlumat yayıb.

Ukrayna agentləri bomba yığan zaman o, partlayıb və iki mənzil dağıdılıb. Terror aktını hazırlayanlar da daxil olmaqla 5 nəfər yaralı olaraq xəstəxanaya çatdırılıb.

Departamentdən bildirilib ki, partlayıcı maddələr üçün komponentlər gətirən Moldova vətəndaşı da saxlanılıb.

Seçilən
2
2
interpress.az

3Mənbələr