AZ

Rusiyada Ukrayna xüsusi xidmət orqanlarının üç agenti saxlanılıb

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Ukrayna xüsusi xidmət orqanlarının üç agenti saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər xüsusi hərbi əməliyyat iştirakçısına sui-qəsd hazırlamaqda ittiham olunurlar. Saxlanılan şəxslərdən ikisinin parlayıcı qurğunun təsadüfi işə düşməsi nəticəsində yaralandığı bildirilib.

Seçilən
2
4
apa.az

5Mənbələr