Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iləİran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləriilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumuimzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, sənədi Azərbaycanın Baş nazirinin müavini(hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranınyol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri)Fərzanə Sadiq imzalayıblar.
Memoranduma əsasən, Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının BaytarlıqTəşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvanxəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrəbirgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvanxəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonundahər iki dövlətin əhalisinin və ətraf mühitinin biolojitəhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirləricra edəcəklər.
Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İranİslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdəepizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq vəsair birgə tədbirlərin təşkili təmin ediləcək.
Həmçinin, sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyatakeçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübəmübadiləsinin aparılması nəzərdə tutulur.
Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA iləİranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdənibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması,heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlimvə məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması,görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.