İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı korrupsiya faktlarının araşdırılması çərçivəsində ikinci xüsusi əməliyyat keçirib...
Poliqon Habertürk-ə istinadən xəbər verir ki, 30 nəfər saxlanılıb, onlardan 18 nəfəri məhkəmənin qərarı ilə həbs edilib. 12 şübhəli barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
Əvvəlki həbs dalğası aprelin 26-da baş verib. Həmin vaxt İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılıb. Bunun ardınca hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs edib.
Saxlanılanlar arasında İstanbul telekommunikasiya şirkəti "İsttelkom"un yüksək rütbəli rəhbərləri, İSKİ bələdiyyə su təchizatı idarəsi, həmçinin İstanbul polis idarələrinin keçmiş və indiki rəisləri və şəhər meriyasının məsul şəxsləri var.
Əkrəm İmamoğlu mart ayında həbs edilib və İstanbul bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb. O və silahdaşları PKK ilə əlaqədə ittiham olunurlar.
Poliqon.info