"Çelsi" klubu "Aston Villa"nın futbolçusu Morqan Rocersi bu yay transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 22 yaşlı oyunçunu satmaq istəmir. Lakin onlar Premyer Liqanın maliyyə qaydalarına görə onu satmağa məcbur ola bilərlər.
Bu barədə "Independent" məlumat yayıb.
Rocers bu mövsümün ən diqqət çəkən oyunçularından biridir. O, 50 oyunda 14 qol vurub və 13 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə onun bazar dəyəri 50 milyon avrodur.