AZ

“Taksi sürücülərini görəndə ağlamaq istəyirəm”

“Müəyyən səbəblərə görə avtomobilimi satmışam. Maşınım olmadığına görə taksilərdən istifadə edirəm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi bildirib ki, taksi sürücülərinin əksəriyyəti avtomobillərində bayağı musiqiləri dinləyirlər:

“Taksi sürücülərini görəndə onların gününə ağlamaq istəyirəm. Onlar əksəriyyəti dünyadan və musiqidən xəbərsizdirlər. Baxıram ki, 20 yaşı var taksi sürücüsüdür. Ona deyirəm radionu qoş. O isə cavabında deyir ki, bizə Çin avtomobillərinə veriblər və bunlarda radio aparatı yoxdur. Kövrəldim ki, onlar bizim gözəl musiqilərimizi dinləyə bilmirlər. Onlar daha çox avtomobildə ara musiqilərinə qulaq asırlar”. 

Seçilən
1
olay.az

1Mənbələr