Rusiya Federal Təhlükəsizlik Xidməti faşist Almaniyasının lideri Adolf Hitlerin şəxsi valeti, Üçüncü Reyxin başçısının ölümünün əsas şahidi Haynts Linqin məxfi ifadəsini açıqlayıb...
Poliqon bu barədə TASS-a istinadən xəbər verir.
1945-ci ildə sorğu-sual zamanı 32 yaşlı Linq deyib ki, NSDAP partiyasının kanslerlərinin rəhbəri və fürerin şəxsi katibi Martin Bormannla birlikdə Hitlerin cəsədini görünməsin deyə ədyala büküblər.
"Mən cəsədi ayaqlarından, Bormanı isə başından tutdum və biz onu bomba sığınacağının arxa girişindən parka apardıq. Orada onu girişə qoyduq", deyə Haynts Linq bildirib.
Hitler 30 aprel 1945-ci ildə Berlində sovet qoşunlarının əhatəsində intihar edib. Onun taleyini fürerin bir gün əvvəl evləndiyi Eva Braun bölüşüb.
Rəsmi versiyaya görə, intihar edən Adolf Hitlerin qalıqları 1945-ci ilin mayında Sovet əks-kəşfiyyat xidməti SMERSH tərəfindən tapılıb. Fürer və onun həyat yoldaşı Eva Braunun yandırılmış cəsədləri Maqdeburqdakı hərbi bazada qazılaraq yenidən basdırılıb. Lakin 1970-ci ildə DTK rəisi Yuri Andropov Leonid Brejnevə yanan qalıqların yenidən yandırılmasını təklif eedib. Ancaq o zaman da hər şey məhv edilməyib.
Poliqon.info