AZ

Nikol Paşinyan müxalifətlə bağlı göstəriş verdi

BAKI, 30 aprel. TELEQRAF

Yaxın günlərdə Ermənistan müxalifətinə qarşı genişmiqyaslı həbslər gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasında dolaşan söz-söhbətlərə görə, yaxın günlərdə nəinki müxalifətə, hətta onunla əlaqəsi olan iş adamlarına qarşı həbslər gözlənilir. Eyni mənbənin məlumatına görə, Baş nazir Nikol Paşinyan komanda yoldaşlarını əmin edib ki, müxalifət hakimiyyətə qarşı heç bir etiraz aksiyası keçirə bilməyəcək”, - erməni nəşri yazır.

Mənbə iddia edir ki, Ermənistan Baş naziri məsələ ilə əlaqədar müvafiq qurumlara göstərişlər verib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr