ABŞ Prezidenti Donald Trampın administrasiyası Polşa barədə qərar verib. Ağ Ev, NATO-nun Polşaya 1,3 milyard dollar dəyərində qabaqcıl ortamənzilli raketlərinin satışına icazə verib. Dövlət Departamenti 400 ədəd AMRAAM raketi və müvafiq avadanlıqların, o cümlədən ehtiyat hissələri, təlimat sistemlərinin satışı, mühəndislik və texniki dəstək barədə Konqresə məlumat verib. Xatırladaq ki, bir müddət bundan öncə Polşa və ABŞ rəsmiləri arasında bu məsələ barəsində müzakirələr aparılmışdı.
Mətləb Salahov