"Reuters"in yaydığıməlumatagörə, bu rəqəmi Cənubi Koreyalı deputat Li Sun Kvun səsləndirib. O, kəşfiyyat agentliyinin məlumatlarına istinad edib. Deputat ətraflı məlumat verib və deyib ki, əslində Koreya Xalq Demokratik Respublikasının(KXDR) hərbçiləri ilə bağlı hazırkı itkilər 4700 nəfərdir. Sadəcə ölü sayı təxminən 600 nəfərə çatıb.
“Öldürülənlərin cəsədləri Kurskda yandırılıb, sonra isə qalıqlar KXDR-ə gətirilib", - Cənubi Koreyalı siyasətçi qeyd edib.
Lee Son Kvun onu da əlavə edib ki, ilin əvvəlindən bəri hazırda Pxenyanda təcrid olunmuş vəziyyətdə saxlanılan 2000-ə yaxın əsgər Şimali Koreyaya qaytarılıb.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta