AZ

Tbilisidə bazarda güclü yanğın baş verib

Tbilisidə metronun "Vokzalnaya ploşçad" stansiyasının yaxınlığındakı bazarda güclü yanğın baş verib...

Poliqon xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat verib. Hadisə yerinə ona yaxın yanğınsöndürmə briqadası səfərbər olunub.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın səhər saat 6 radələrində ikinci mərtəbədəki ayaqqabı mağazasında baş verib. Bazarda yanğının baş verdiyi ərazini satıcılar aktiv şəkildə təmizləyir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr