UEFA Çempionlar Liqasında bu gecə daha bir möhtəşəm qarşıdurma gözlənilir.

Offsideplus.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində "Barselona" "İnter"i qəbul edəcək.

Barselonadakı "Estadi Olimpic Lluis Companys" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Xatırladaq ki, dünən gecə yarımfinal mərhələsində baş tutan digər matçda PSJ səfərdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib.