"Yuventus" klubu Duşan Vlahoviçlə vidalaşacaq.
Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçunun 2026-cı ilin yayında bitəcək müqaviləsi uzadılmayacaq. "Qoca sinyora" yeni ön xətt oyunçusu arayışlarına başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Vlahoviç 2022-ci ilin yanvarından Turin klubunda çıxış edir. O, cari mövsüm 38 oyunda 14 qol vurmağı bacarıb.