Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 141,6 min ton diriçəkidə ət istehsal olunub.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu göstəriciötən ilin eyni dövrü ilə müqayisədə 1,7% və ya 2,4 min tonçoxdur.
Belə ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diriçəkidə ət istehsal olunmuşdu.
Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatıməhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə1601.6 milyon manat təşkil edib ki, bunun da 94.3 (1.510.1 milyonmanat) faizi heyvandarlıq sahəsinin payına düşür.