Tbilisinin mərkəzində metronun “Vağzal meydanı” stansiyası yaxınlığındakı geyim bazarında güclü yanğın baş verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər verir.
Gürcüstan Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
İlkin məlumatlara görə, itki yoxdur. Yanğının səbəbi məlum deyil.