Tbilisinin mərkəzində "Vokzalnaya ploşçad" metrostansiyası yaxınlığındakı geyim bazarında güclü yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 30-da Gürcüstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda yanğınsöndürənlər hadisə yerində fəal işləyir. İlkin məlumatlara görə, itki yoxdur.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.