Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Barselona" "İnter"i qəbul edəcək.
BAKU.WS xəbər verir ki, qarşılaşma Barselonadakı "Olympic Lluís Companys" stadionunda baş tutacaq.
Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər oyununda PSJ səfərdə "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.