
Qadınların reproduktiv sağlamlığını qorumaq üçün A, B, E və C kimi suda həll olan vitaminlərin qəbul edilməsi tövsiyə olunur. Bu barədə “Radio 1”ə danışan dietoloq Andrey Bobrovskiy məlumat verib. O əlavə edib ki, maqnezium, kalium və sink kimi mikroelementlərlə zəngin qidaların istifadəsi də vacibdir.🗣 “Qadınlar üçün artıq çəkidən qorunmanın bir yolu da suda həll olunan vitaminlərdir: A, B, E, C. Mikroelementlər baxımından isə maqnezium, kalium və sink önəmlidir. Əlbəttə, superfood adlandırılan qidalar da var — məsələn, goji giləmeyvəsi,” – deyə Bobrovskiy bildirib.🔎 Həkimin sözlərinə görə, hər bir qadına fərdi yanaşma vacibdir. Məsələn, D vitamini çatışmazlığı varsa, onun qəbul olunması lazımdır. Lakin bu artıq ümumi deyil, fərdi yanaşma sayılır.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Suriyada sükut pozuldu: Əsədin atasının məzarı boş tapıldı
DİN KRİMİNAL XRONİKA