Bakı. Trend:
Zərdab rayonununMəlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan RespublikasıPrezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə startverilib.
Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, uzun müddət istismar nəticəsində deformasiyayauğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrininhərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidənqurulmasına ehtiyac var idi.
18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğunyenidən qurulur.
5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaqyatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdətutulub.
Hazırda tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edənMəlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaqişləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəziyerlərdə yol əsasının tikintisi aparılır.
Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-betonörtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonrahərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərininquraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləriaparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğunAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyatakeçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamandayekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.