AZ

“Zirə”nin hücumçusu “Spartak”a lazım olmadı

“Zirə”nin sağ cinah futbolçusu Salif Suma Moskva “Spartak”ına keçməyəcək.

Msport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, paytaxt təmsilçisi 21 yaşlı hücumçunun xidmətində maraqlı deyil. “Spartak” yay fasiləsində bu mövqeyə oyunçu almağı planlaşdırmır. Bu səbəbdən “Zirə” digər təklifləri dəyərləndirməli olacaq.

Qeyd edək ki, Salifu Suma bu mövsüm bütün turnirlərdə 37 oyunda 11 qol vurub. Onun transfer dəyəri 850 min avro dəyərindədir.

Seçilən
1
msport.az

1Mənbələr