AZ

"Yuventus" forvardı ilə bağlı qərarını verdi - SON DURUM

"Yuventus"un hücumçusu Arkadiuş Milik Turin klubu yeni müqavilə imzalamağa yaxındır. 

Fanat.Az xəbər verir ki, polşalı forvard ötən ilin may ayında aldığı zədə səbəbindən bu mövsüm bir oyun belə keçirməyib. 

"Football Italia"nın məlumatına görə isə, bütün problemlərə baxmayaraq, "Yuventus" 31 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib. Bu addım maaş xərclərini azaltmaq üçün atılır. Turin klubu 2026-cı ilin yayında başa çatacaq hazırkı müqaviləyə əsasən forvarda daha 3,5 milyon avro ödəməlidir. Lakin müqavilənin müddətinin bir illik uzadılması halında, bu məbləğ müvafiq olaraq 2027-ci ilə qədər bölüşdürüləcək.

Xatırladaq ki, Milik 2023-cü ildə "Yuventus"a keçib.

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr