
Bu foto IV Beynəlxalq Baxşı Festivalı çərçivəsində keçirilən rəqs çıxışlarından birini əks etdirir. Səhnədə ənənəvi geyimlərdə çıxış edən qadın rəqqaslar Özbəkistanın Xivə şəhərində təşkil olunan tədbirin rəngarəng və mədəni zənginliyini nümayiş etdirirlər. Azərbaycanın “Şirvan” sazçı folklor qrupu 26–28 aprel 2025-ci il tarixlərində Özbəkistanın Xivə şəhərində keçirilən və UNESCO ilə ICESCO-nun dəstəklədiyi IV Beynəlxalq Baxşı Festivalında Qran-pri mükafatına layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Qəlbinur İbrahimli və onunla birgə çıxış edən musiqiçilərin ifası beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Festival çərçivəsində həmçinin II Türk Dünyası Mədəniyyət Forumu və elmi konfrans da keçirilib. Tədbirdə 40-dan çox ölkənin nümayəndələri iştirak edib, rəsmi şəxslər və müxtəlif ölkələrdən gəlmiş qonaqlar da festivalda yer alıblar.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Suriyada sükut pozuldu: Əsədin atasının məzarı boş tapıldı
DİN KRİMİNAL XRONİKA