Bakı, 30 aprel, AZƏRTAC
İllərdir doğma ocağa qayıdacığımız günü gözləyirdik. Allaha şükür edirəm ki, bu günü görmək nəsibim oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köckün Mətanət Əliyeva söyləyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır.
Mətanət Əliyeva əlavə edib ki, ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunmuş ərazilər sistemli şəkildən minalardan təmizlənir. O, Allahdan şəhidlərmizə rəhmət, qazilərimizə isə tükənməz iradə və güc arzulayıb.