
2025-ci il aprelin 24-25-də Avstriyanın Vyana şəhərində keçirilən EPAC/EACN işçi qrupunun iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli iştirak edib.Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində hesabatların hazırlanması standartları və metodologiyası müzakirə olunub. Kamil Kamilli ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti, preventiv tədbirlər və ictimaiyyətlə əlaqələrin hesabatlarda əks etdirilməsi barədə təqdimatla çıxış edib. Görüşdə beynəlxalq ekspertlərin təqdim etdiyi nəzəri və praktiki məsələlər üzrə müzakirələr aparılıb. Azərbaycan nümayəndəsi bu sahədəki təcrübə və yanaşmaları bölüşüb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Suriyada sükut pozuldu: Əsədin atasının məzarı boş tapıldı
DİN KRİMİNAL XRONİKA