AZ

Pakistan: "Yaxın saatlarda zərbə endiriləcək"

Hurriyyet.az xəbər verir ki, Pakistan yaxın 24-36 saat ərzində zərbə endiriləcəyini bəyan edib.

Pakistanın informasiya naziri Attaulla Tarar Pakistan dövlətinə bəlli olan etibarlı kəşfiyyat məlumatına istinadla, Hindistanın yaxın 24-36 saat ərzində silahlı hücuma hazırlaşdığını bildirib.

Nazir deyib: "İstənilən təcavüz aktı qəti cavabla qarşılanacaq. Regionda baş verə biləcək mənfi hallara görə Hindistan tam məsuliyyət daşıyır".

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr