AZ

Tramp Maskın bəzi qərarlarını ləğv edə bilər

ABŞ Prezidenti Donald Tramp ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın qərarı ilə aparılan bəzi ixtisarlara yenidən baxmağa və ləğv etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Trampın özü "ABC News" jurnalistlərinə bildirib.

"Hazırda baxdığım şeylər var. Çoxlu dələduzluq halları aşkar etmişik. Bununla işimiz bitdi", - deyən Tramp Maskın departamentinin işini yüksək qiymətləndirib.

O izah edib ki, Maskın departamenti federal qurumlarda milyardlarla dollar dəyərində çoxlu israfçılıq və saxtakarlıq hallarını üzə çıxara bilib.

Trumpın bəyanatını CNN televiziya kanalı da şərh edib və bu, artıq federal xidmətdən qovulan işçilərin sayını göstərir - 121 min nəfər.

Seçilən
0
1
publika.az

2Mənbələr