AZ

Hindistanda oteldə baş verən yanğında azı 14 nəfər öldü

BAKI, 30 aprel. TELEQRAF

Hindistanın Kəlkütə şəhərində oteldə baş verən yanğında azı 14 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə polisə istinadən NDTV məlumat yayıb.

Xəbərdə bildirilir: “14 nəfərin cəsədi tapılıb, bir neçə nəfər xilas edilib. Hadisəni araşdırmaq üçün xüsusi qrup da yaradılıb”.

Yanğının qarşısı alınıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
2
teleqraf.com

1Mənbələr