AZ

Qarabağdan köçmüş ermənilərə "başla" əmri verildi...-"Hər an hazır olun!"-"İravunk"

“Artsax xalqı “başlayaq” əhval-ruhiyyəsindədir”.
 
Moderator.az xəbər verir ki, bunu “İravunk” qəzetinin yazır. 
 
Nəşrin yazdığına görə, Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvandakı nümayəndəliyindən "hər kəsə bildirib ki, yaxın günlərdə ciddi proseslər gözlənilir və 120 min artsax sakininin iştirakı vacibdir".
 
"Təşkilatçılar hələ ki, tarixi və fəaliyyət planını həmyerlilərinə açıqlamasalar da, onlara hər an hazır olmaq tapşırılıb", - deyə erməni nəşri yazır. 
 
Xəbərdə Qarabağdan köçmüş erməniləri hansısa "başlayacaq proses"lərə yönləndirən təşkilatçıların konkret kimlər olduğu açıqlanmır...
 
Xatırladaq ki, dünən yayılan məlumatlarda separatçı rejimin sonuncu qondarma "prezidenti" Samvel Şahramanyanın İrəvanın mərkəzində çadır qurmuş
"artsax vətəndaşlarının hüquqlarını müdafiə komitəsi" üzvləri ilə görüşərək onlara çadırlarını sökərək nümayəndəliyin binasına köçməyi tövsiyə etdiyi bildirilir. Məlumata görə, onlar bununla razılaşıblar. 
 
Çox güman ki, bütün bu proseslər Ermənistanda terrorçu eks-prezidentlər, Xocalı caniləri Robert Köçəryan və Serjik Sərkisyan başda olmaqla revanşist dairələrə dəstək verən Putin Rusiyası tərəfindən idarə olunur və Paşinyan hakimiyyətinin devrilməsinə, Azərbaycana təzyiq vasitəsi kimi "Qarabağ" kartının yenidən meydana atılmasına xidmət edir...
 
S.Laçın   
 
 
Seçilən
3
moderator.az

1Mənbələr