AZ

Lavrov ilk dəfə Dominikan Respublikasına gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə Dominikan Respublikasına iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 80-ci ildönümündə səfər edib...

Poliqon bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edib ki, Lavrovun Dominikan Respublikasında prezident Luis Abinader və xarici işlər naziri Roberto Alvareslə görüşü planlaşdırılır.

Xüsusilə, tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini və müqavilə-hüquq bazasının möhkəmləndirilməsini müzakirə edəcəklər.

Qeyd edək ki, aprelin 14-də Dominikan Respublikasında Rusiya səfirliyi fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Dominikan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Seredin etimadnaməsinin surətlərini nazir Roberto Alvarezə təqdim edib.

Poliqon.info 

Seçilən
2
poliqon.info

1Mənbələr