Londonun ICE birjasında "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti aprelin 11-dən bəri ilk dəfə bir barel üçün 62,89 dollara (-1,81%) düşüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edib ki, iyun ayı üçün WTI markalı xam neft bir barel üçün 59,98 dollara (-2,72%) düşüb.
Aprelin 25-də Amerikanın "Bloomberg" agentliyi yazıb ki, Rusiya neft şirkətləri yeni neft quyularının qazılmasını son beş ilin ən yüksək səviyyəsinə çatdırıblar. Jurnalistlər bunun OPEC+ tərəfindən neft hasilatına qoyulan məhdudiyyətlərin mümkün yumşaldılması fonunda baş verdiyini qeyd ediblər.