ABŞ prezidenti Donald Tramp Vladimir Putinin Ukraynada döyüşləri dayandırmağa hazır olduğunu bildirib...
Poliqon xəbər verir ki, Tramp bu barədə ABC telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, bu, onun sayəsində baş verib. Tramp əlavə edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə Co Baydenin prezidentliyinə görə başlayıb.
Eyni zamanda, Tramp Vladimir Putinin sülh sazişinin bağlanması məsələsində “onun başını bir az xarab edə biləcəyini” istisna etməyib.
“Putin başımı qarışdıra bilər. Amma mən deyərdim ki, o, müharibəni dayandırmaq istəyir. Mən olmasaydım, düşünürəm ki, o, bütün Ukraynanı ələ keçirmək istəyərdi”, deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin Qələbənin 80-ci ildönümündə Rusiya ordusunun hərbi əməliyyatları dayandıracağını bəyan edib. Atəşkəs mayın 8-dən Moskva vaxtı ilə saat 00:00-dan və mayın 11-dək Moskva vaxtı ilə saat 0:00-a qədər davam edəcək.
Poliqon.info