Prokurorlar Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun ailəsi ilə Qon Cin kimi tanınan mübahisəli şaman Con Son-be arasındakı əlaqələrə dair araşdırma çərçivəsində onun evində axtarış aparıblar...
Poliqon xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Agentlik yazır ki, prokurorlar 2022-ci ildə Con Son-benin prezident seçkilərindən dərhal sonra keçmiş birinci xanım Kim Qon-heyə vermək üçün Birlik kilsəsinin nümayəndəsindən brilyant boyunbağı və bahalı çanta alması ilə bağlı iddiaları araşdırır. Prokurorlar hədiyyələrin şaman və Kim Qun-heyə verildiyinə dair sübut axtarır.
Qeyd edək ki, aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolun impiçmentini təsdiqləyib. Bununla da Yun prezident toxunulmazlığını itirib. Aprelin 14-də sabiq prezident 2024-cü ilin sonunda hərbi vəziyyətin tətbiqi üçün üsyan təşkil etməkdə ittiham edilərək məhkəmə qarşısına çıxarılıb.
Poliqon.info