İsveçdə bərbərxanada baş verən atışmada 3 nəfər həlak olub.
Hadisə İsveçin Uppsala şəhərində baş verib.
Operativ Media xəbər verir ki, şəhərin mərkəzindəki bərbərxanada atışma nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İsveç polisi motosikletlə qaçan cinayətkarı tutmaq üçün genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.