AZ

Tramp reytinqinin aşağı düşdüyünü göstərən sorğulara inanmır

ABŞ prezidenti Donald Tramp reytinqinin sürətlə aşağı düşdüyünü göstərən sorğulara inanmadığını deyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə Miçiqanda ikinci prezidentlik müddətinin 100 günü münasibətilə keçirilən mitinqdə bildirib.

“Biz saxta sorğularla mübarizə aparmalıyıq. Onlar Respublikaçılardan daha çox demokratlarla müsahibə aparırlar. Mən son bir neçə gündə yoxlayıram, onlar daha çox demokrat, lakin daha az respublikaçı ilə sorğu keçirirlər”, deyə Donald Tramp qeyd edib.

Trampın sözlərinə görə, vicdanlı sorğular göstərəcək ki, onun əhali arasında dəstəyi 40 faiz səviyyəsində deyil, 60 faizi ötüb.

Qeyd edək ki, Trampın ikinci prezidentlik müddətinin 100 günü ərəfəsində CNN telekanalı sorğu məlumatlarını dərc edib. Bu sorğuya görə amerikalıların 41%-i Donald Trampın prezident kimi ilk 100 günündən sonrakı fəaliyyətini bəyənib. Bu, son 70 ildə istənilən Amerika prezidenti üçün ən aşağı səviyyədir.

The Washington Post və ABC News tərəfindən yayımlanan Ipsos sorğusu isə Trampın reytinqinin 39%-ə düşdüyünü göstərib.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr