Bakı. Trend:
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol və həyat yoldaşıKim Qon Hinin Seulun cənubundakı yaşayış kompleksində yerləşənmənzilində prokurorlar axtarış aparıblar.
Trend xəbər verirki, bu barədə ölkənin Yonhap xəbər agentliyi məlumat yayıb.
Axtarışlar prezidentin xanımının adı hallandığı korrupsiyaqalmaqalı çərçivəsində həyata keçirilib. İddiaya görə, qalmaqallışaman Çon Son Be 2022-ci il prezident seçkilərindən sonra Kim QonHiyə Birləşmə Kilsəsinin üzvündən qiymətli brilyant boyunbağı vəbahalı çanta alaraq hədiyyə edib. İstintaq orqanları buhədiyyələrin verilməsinə dair sübutları araşdırır.
Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi Yun Sok Yolunimpiçmentini təsdiqləyib. Bununla da o, prezidenttoxunulmazlığından məhrum olub. Konstitusiyaya əsasən, vəzifədəolan prezidentlər yalnız üsyan və xəyanət hallarında istintaqa cəlboluna bilərlər. Lakin impiçmentdən sonra eks-prezidentin digərcinayət işləri üzrə də araşdırılması mümkündür.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının Yun Sok Yolun rəsmiiqamətgahlarında və prezident administrasiyasında axtarış aparmaqcəhdləri təhlükəsizlik xidmətinin bu məkanların hüquqi statusu iləbağlı iradlarına görə nəticəsiz qalmışdı.