Dizayner Viktoriya Bekhem əri Devidi bağ corablarına görə ələ salıb.
Publika.az xəbər verir ki, o, şəkilləri "Instagram"da paylaşıb.
Viktoriya Bekhem ərini bej şortda, boz köynəkdə, narıncı papaqda və ağ Vans idman ayaqqabısında çəkib.
Devid Bekhem videoya "Məncə, turp hazırdır" şərhini yazıb.
Dizayner ərinin corablarının bağ üçün çox qəşəng olduğunu qeyd edib.