AZ

Hindistanla Pakistan arasında yenə atışma oldu

BAKI, 30 aprel. TELEQRAF

Pakistan hərbçiləri Hindistanın Cammu və Kəşmir ərazisinin bir neçə bölgəsində nəzarət xətti boyunca yenidən atəş açıblar.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın quru qoşunları məlumat yayıb.

Məlumatda bildirilir: "2025-ci il aprelin 29-dan 30-na keçən gecə Pakistan Ordusunun postları Cammu və Kəşmirin ərazisindən Nauşera, Sunderbani və Axnur sektorları ilə üzbəüz nəzarət xətti boyunca səbəbsiz kiçik silahlardan atəş açıb. Hindistan ordusu dərhal qarşı tərəfə cavab verib".

Seçilən
6
teleqraf.com

1Mənbələr