Hindistan Ordusu bildirib ki, onun qoşunları cəld və mütənasib şəkildə cavab verib..
Pakistan əsgərləri Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin bir neçə bölgəsində Nəzarət Xətti boyunca yenidən atəş açıblar.
Operativ Media xəbər verir ki, bu barədə Hindistanın quru qoşunları məlumat yayıb.
"2025-ci il aprelin 29-dan 30-na keçən gecə Pakistan Ordusunun postları Cammu və Kəşmirin Birlik Ərazisində Nauşera, Sunderbani və Axnoor sektorları ilə üzbəüz Nəzarət Xətti boyunca səbəbsiz kiçik silahlardan atəş açıb. Hindistan Ordusu qoşunları dərhal və mütənasib şəkildə cavab verib", - Hindistan Ordusunun bəyanatında deyilir .