AZ

Tramp Süveyş kanalında ABŞ gəmilərinin sərbəst keçidini təmin etmək üçün Misirdən dəstək istəyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp aprelin əvvəlində Misir prezidentiƏbdülfəttah əs-Sisi ilə telefon danışığında Amerika gəmilərininSüveyş kanalından azad və maneəsiz keçməsini təmin etmək niyyətindəolduğunu bildirib.

Trend xəbər verirki, bu barədə “Wall Street Journal” məsələ ilə tanış mənbələrəistinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın bu təşəbbüsü Yəməndəki husilərinQırmızı dənizdəki gəmilərə hücumlarının artması və bu səbəbdənSüveyş kanalındakı yük axınının azalması fonunda irəli sürülüb.Hücumlar Misirin tranzit gəlirlərinə də ciddi təsir göstərib.

Mənbələr bildiriblər ki, Tramp Qahirədən husilərə qarşı hərbiəməliyyatlar üçün kəşfiyyat məlumatı, maliyyə və ya digər dəstəkalmağa çalışıb. Lakin Misir prezidenti Sisi bu yanaşmayaqoşulmaqdan imtina edərək bildirib ki, Qəzzada atəşkəs əldəolunması husiləri dayandırmağın ən effektiv yoludur.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hyuit WSJ-yəaçıqlamasında ABŞ-ın Qırmızı dənizdə naviqasiya azadlığının bütüntərəfdaş ölkələr, o cümlədən Misir üçün əhəmiyyət kəsb etdiyinibildirib. Onun sözlərinə görə, “husilərə qarşı uğurlu hərbikampaniyanın yükü paylaşılmalıdır və ABŞ gəmilərinin Süveyşkanalından ödənişsiz keçidi bu yükün bölüşdürülməsinin birformasıdır”.

Qəzet qeyd edir ki, bu ilin yazında Vaşinqtona səfər edənmisirli rəsmilərə ABŞ administrasiyasının Qahirəyə ayırdığıiqtisadi yardımı ciddi şəkildə azalda biləcəyi ilə bağlıxəbərdarlıq edilib.

Seçilən
5
az.trend.az

1Mənbələr