BAKI, 30 aprel. TELEQRAF
Harvard Universitetinin prezidenti Alan Qarber İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra universitetin dözümsüzlüklə mübarizə üçün addımlar atacağını bildirib.
Universitetin saytında dərc olunan məktubunda o, ötən tədris ilinin “məyusedici və ağrılı” keçdiyini bildirib: “Cəmiyyətimiz qarşısında haqlı olaraq qoyduğumuz yüksək ümidləri doğrulda bilmədiyimiz məqamlara görə təəssüflənirəm”, - bəyanatda deyilir. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun ağır və geniş yayılmış təsiri və ondan sonra baş verənlər bizim kampusumuza dərin təsir göstərib”.
Qarber bildirib ki, universitetin antisemitizm və islamafobiya ilə mübarizə qruplarının gəldiyi qənaətlərə təhsil ocağı öz dərs cədvəlini və tədris planını nəzərdən keçirəcək və semestrin sonuna kimi dini dözümsüzlüklə mübarizə aparmaq üçün plan hazırlayacaq. "Harvard dözümsüzlüyə dözə bilməz və dözməyəcək. “Biz icmamızın bütün üzvlərinin təhlükəsizliyini təmin etməyə və onların azadlığını qorumağa davam edəcəyik", - deyə universitet rəhbəri vurğulayıb.