AZ

"Real" David Alabanın ağır zədə aldığını açıqladı

"Real Madrid" klubu müdafiəçidi David Alabanın ağır zədə aldığını bəyan edib.

Fanat.Az xəbər verir ki, klubun yaydığı açıqlama belədir:

"Müayinə zamanı David Alabaya sol dizin daxili meniskinin qopması diaqnozu qoyulub".

Avstriyalı futbolçu La Liqanın 33-cü turu çərçivəsində "Xetafe"yə qarşı ötən həftə keçirdikləri oyunda (1:0) xəsarət alıb.

Xatırladaq ki, Alaba uzun sürən zədədən sonra fevralın ortalarında sıraya dönmüşdü. O, 2023-cü ilin dekabrından bu ilin yanvarına qədər xaçvari diz bağlarının qopması səbəbindən "Real"a kömək edə bilməmişdi.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr