AZ

Avarçəkmə üzrə “Prezident Kuboku-2025”-in püşkatması keçirildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının püşkatma mərasimi baş tutub.

Fanat.Az xəbər verir ki, püşkatma yerli və xarici hakimlərin, eyni zamanda komandaların nümayəndələrinin iştirakı ilə keçirilib.

Burada “Prezident Kuboku-2025”də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.

Seçilən
1
fanat.az

1Mənbələr