BAKI, 29 aprel. TELEQRAF
“Real Mardid”in daha bir oyunçusu mövsümü yarımçıq başa vurub.
Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, Ferland Mendi ciddi zədə alıb. Əzələsində yırtıq olan fransız futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, İspaniya Kubokunun “Barselona” ilə final oyununda Antonio Rüdiger də zədələnib. Bu gün əməliyyat olunan futbolçunun mövsümün sonuna qədər meydana çıxmayacağı müəyyənləşib.