İspaniya nəhəngi A Seriyasının ən yaxşı oyunçularından birini heyətinə qatmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Diario AS"a istinadən xəbər verir ki, "Real Madrid" "Atalanta"dan 25 yaşlı Edersonla maraqlanır.
Uğurlu mövsüm keçirən istedadlı yarımmüdafiəçi ən yüksək səviyyədə oynamağa qadir olduğunu sübut edib. O, A Seriyasının ilk üç oyunçusundan biridir və eyni zamanda öz mövqeyində Avropanın ən yaxşılarından biridir.
İtaliya klubu braziliyalı üçün təxminən 75 milyon avro tələb edəcək.
Onu bu yay komandada saxlamaq demək olar ki, mümkün olmayacaq.
Ederson bu mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.