AZ

Nigeriyada anım mərasimində silahlı hücum baş verib

Bakı. Trend:

Çibok Yerli Rəhbərlik Bölgəsinin Kopl kəndində keçirilən anımmərasiminə silahlı basqın nəticəsində azı 14 nəfər həyatınıitirib.

Trend-inməlumatına görə, Nigeriyanın "Vanguard" nəşri ölkəninşimal-şərqində yerləşən Borno əyalətində baş vermiş qanlı hücumbarədə xəbər yayıb.

Hadisədə "Boko Haram" terror təşkilatının əli olduğundanşübhələnilir. Nəşr yazır ki, terrorçular kəndi ələ keçirdikdənsonra 14 nəfərin cəsədi tapılıb.

Yaralıların əksəriyyəti əlavə tibbi yardım üçün qonşu Adamavaəyalətindəki xəstəxanalara köçürülüb. Eyni zamanda, silahlışəxslərin kənddəki yerli kilsəni və 10 yaşayış evini yandırdığı daqeyd olunur.

Seçilən
1
16
az.trend.az

10Mənbələr