Basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Basketbol üzrə Azərbaycan çempionatında final mərhələsinə yüksələn komandaların adı bəlli olub.
Operativ Media xəbər verir ki, "Neftçi" səfərdə "Abşeron"la qarşılaşıb. Görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb. "Neftçi" finalda "Sabah"la qarşılaşacaq.
Azərbaycan Basketbol Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
29 aprel
19:00 "Abşeron" - "Neftçi" - 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı, İdman Sarayı. Seriyanın hesabı 0:2.
Qalib komandanın ən yaxşı oyunçusu 31 xal toplayan Hendrix Vance Rose olub.