AZ

Volqoqrad hava limanı “Stalinqrad” adlandırılacaq

BAKI, 29 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Volqoqrad vilayətinin sakinlərinin Volqoqrad hava limanına tarixi “Stalinqrad” adının verilməsi xahişini dəstəkləyib.

Teleqraf xəbər verir ki, sorğunu dövlət başçısına vilayətin qubernatoru Andrey Boçarov çatdırıb.

V.Putin bildirib: "Yaxşı, onların sözü mənim üçün qanundur. Biz bunu edəcəyik. Mən Moskvaya qayıdan kimi hava limanına Stalinqradın adının verilməsi ilə bağlı müvafiq fərman hazırlanacaq və dərhal imzalanacaq".

Seçilən
0
46
teleqraf.com

10Mənbələr