"Tottenhem" yarımmüdafiəçi Lukas Berqvall ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
19 yaşlı futbolçu ilə 2031-ci ilə qədər yeni müqavilə imzalanıb.
Berqvall ötən yay “Tottenhem”ə keçib. O, London təmsilçisinin heyətində 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.